...

3 rayonda qanunsuz ov edənlər saxlanılıb

Hadisə Materials 4 Fevral 2019 16:58 (UTC +04:00)
Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
3 rayonda qanunsuz ov edənlər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində rayonun Qaxay kəndi ərazisində qanunsuz ov edən 4 nəfər Ucar rayon sakini saxlanılıb. Onlardan “TOZ” markalı 4 ədəd ov tüfəngi götürülüb.

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini E.Məhərrəmov, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Tərtər rayon sakini Q.Mirzəyevdən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti