...

Gəncədə bıçaqlanan yeniyetmə qızla bağlı xəbər var

Hadisə Materials 5 Fevral 2019 16:52 (UTC +04:00)
Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmə qızın vəziyyəti orta ağır qiymətləndirilir.
Gəncədə bıçaqlanan yeniyetmə qızla bağlı xəbər var

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmə qızın vəziyyəti orta ağır qiymətləndirilir.

Gəncə 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, ötən gecə qaraciyərinin və qarın boşluğunun kəsilmiş, deşilmiş yaraları ilə xəstəxanaya çatdırılan 2003-cü il təvəllüdlü N.İsmayılova dərhal əməliyyat olunub. Hazırda cərrahiyyə şöbəsində olan xəstənin müalicəsi davam edir.

Qeyd edək ki, DİN-nin yaydığı məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, N.İsmayılovaya aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti