...

Xaçmazda ev yandı, ata və oğulun meyiti tapıldı

Hadisə Materials 7 Mart 2019 09:07 (UTC +04:00)
Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Xaçmazda ev yandı, ata və oğulun meyiti tapıldı

Bakı. Trend:

Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti