...

Polis Bakıda əməliyyat keçirdi, heroin alverçisi yaxalandı

Hadisə Materials 12 Aprel 2019 17:50 (UTC +04:00)
Bakıda heroin alverçisi yaxalanıb.
Polis Bakıda əməliyyat keçirdi, heroin alverçisi yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda heroin alverçisi yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında rayonun Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində əməliyyat keçirib.

Əməliyyat zamanı Çaparidze küçəsi 13 ünvanında yaşayan, 1972-ci il təvəllüdlü Rəhimov Qalib Boris oğlu şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib. Həmin şəxsin üzərinə baxış keçirilərkən onun gödəkçəsinin cibindən 150,018 qram narkotik maddə hesab edilən heroin aşkar edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti