...

Göyçayda 3 uşaq anası sirkə turşusundan zəhərləndi

Hadisə Materials 8 May 2019 11:42 (UTC +04:00)
Göyçay rayonunda 29 yaşlı qız intihara cəhd edib.
Göyçayda 3 uşaq anası sirkə turşusundan zəhərləndi

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda 29 yaşlı qız intihara cəhd edib.

Trend-in məlumatına görə, hadisə rayonun Alxasova kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyeva Fəxrəndə Fərhad qızı sirkə turşusu içib.

Yaralı təcili Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda F.Allahverdiyevanın vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, F.Allahverdiyeva ailəlidir, 3 uşaq anasıdır.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti