...

“Xaş-xaş 2019”: 215 ədəd çətənə kolu aşkar edildi

Hadisə Materials 4 İyun 2019 10:19 (UTC +04:00)
“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
“Xaş-xaş 2019”: 215 ədəd çətənə kolu aşkar edildi

Bakı. Trend:

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Qoxmuq kəndi ərazisində vətəndaşa məxsus əkin sahəsində ümumi çəkisi 17 kiloqrama yaxın 215 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti