...

Paytaxtda 54 yaşlı kişi meyiti tapılıb

Hadisə Materials 7 İyun 2019 16:18 (UTC +04:00)
Paytaxtda mənzildən kişi meyiti tapılıb.
Paytaxtda 54 yaşlı kişi meyiti tapılıb

Bakı. Trend:

Paytaxtda mənzildən kişi meyiti tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Rzayev Azər İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti