...

“Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib

Hadisə Materials 8 İyun 2019 13:06 (UTC +04:00)
Bakı şəhərinin Səbail rayonunda Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib.
“Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda, Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-3” üzən qazma qurğusunun (hazırda fəaliyyət göstərməyən) yağ nasosxanasında 50 m² sahədə yağ və mazut qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qurğu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti