...

Tovuzda qəzaya düşən kənd sakini xəstəxanada ölüb

Hadisə Materials 20 Avqust 2019 18:32 (UTC +04:00)
Tovuz rayonunun Abulbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Tovuzda qəzaya düşən kənd sakini xəstəxanada ölüb

Bakı. Trend:

Tovuz rayonunun Abulbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 19-da saat 23 radələrində Tovuz rayonunun Abulbəyli kəndi ərazisində Aşağı Öysüzlü kənd sakini N.Namazlı idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən Murad Səmədov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti