...

Salyanda parkda bıçaqlanma olub

Hadisə Materials 31 Avqust 2019 17:54 (UTC +04:00)
Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Salyanda parkda bıçaqlanma olub

Bakı. Samir Əli - Trend:

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektindəki Füzuli parkında baş verib.

Rayon sakini Ramin Mahmudov həmin parkda tanışı Ələkbərov Məhərrəm Zəhmət oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mahmudov çayxanadan götürdüyü bıçaqla M.Ələkbərovun kürək və qarın nahiyəsindən iki bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti