...

Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum oldu

Hadisə Materials 5 Oktyabr 2019 13:54 (UTC +04:00)

Bakı. Trend:

Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də saat 1 radələrində paytaxtın Nizami rayonu Heydər Əliyev prospektində Bakı şəhər sakini R.Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini Elçin Hacıyevi vurub və nəticədə o, hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti