Bakı. Trend:
Şamaxıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şamaxı rayonunda "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.