...

Axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanla sərhəddə tutulub

Hadisə Materials 28 Oktyabr 2019 09:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sər­hə­dinin toxunulmazlığının təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­yə­sinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbir­ləri davam etdirilir.
Axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanla sərhəddə tutulub

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sər­hə­dinin toxunulmazlığının təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­yə­sinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbir­ləri davam etdirilir.

DSX-dən Trend-ə verilən məlumata görə, oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gür­­cüstan isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan və­­təndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.

İlkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəy­yən­­ləş­diril­ib.

Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələrkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürül­üb.

Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti