...

Narkoloji dispanserdə yanğın olub, ölən və yaralananlar var

Hadisə Materials 14 Dekabr 2019 03:15 (UTC +04:00)
Rusiyanın Tümen şəhərində narkoloji dispanserdə yanğın baş verib
Narkoloji dispanserdə yanğın olub, ölən və yaralananlar var

Bakı. Trend:

Rusiyanın Tümen şəhərində narkoloji dispanserdə yanğın baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Bildirilir ki, yanğın zamanı 13 nəfər xilas edilib, 116 nəfər isə təxliyə edilib.

Məlumata əsasən, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti