...

Hacıqabulda yol qəzası - Bir nəfər öldü

Hadisə Materials 23 Dekabr 2019 14:57 (UTC +04:00)
Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabulda yol qəzası - Bir nəfər öldü

Bakı. Trend:

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Dekabrın 21-də saat 16 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Ağdaş rayon sakini A.Ədilova idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.

Nəticədə sərnişinlərdən Fuad Ədilov xəstəxanaya aparılarkən yolda ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti