Bakı. Samir Əli - Trend:
Bakıda xarici ölkə vətəndaşının meyiti tapılıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, məşhur yaşayış komplekslərinin birində baş verib.
Kompleksin 181 saylı mənzilində yaşayan, Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Aqvar Akanş Arun Kumar (Aggarwar Akansh Arun Kumar) oğlunun meyiti yaşadığı mənzildən tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.