...

Füzulidə minaatan və top mərmiləri aşkar olunub (FOTO)

Hadisə Materials 6 Fevral 2020 00:09 (UTC +04:00)
Füzulidə 4 ədəd minaatan mərmisi və 1 ədəd top mərmisi aşkar olunub
Füzulidə minaatan və top mərmiləri aşkar olunub (FOTO)

Bakı. Trend:

Füzulidə 4 ədəd minaatan mərmisi və 1 ədəd top mərmisi aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə,fevralın 5-i saat 15:00-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonunun Şpartı adlanan ərazisində 1 ədəd top mərmisinin və 4 ədəd partlamamış minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilub. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) və 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub. Minaatan mərmiləri daşınması mümkün olduğuna görə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmış, top mərmisinin partladıcısı üzərində olduğuna görə işarələnərək Füzuli rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmiş və növbəti iş günü yerində partlayış yolu ilə zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 300 kv.m əraziyə yerüstü, 80 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 05 fevral 2020-ci il tarixlərində 30 siqnal (əməliyyat çağırışı) əsasında 26 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağstafa, Füzuli, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 3 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 63 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina və 3 937 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 23 150 kv.m ərazi yerüstü və 2 031 kv.m ərazi yeraltı yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti