...

Zaqatalada 2 avtomobil toqquşdu: 1 ölü

Hadisə Materials 13 Mart 2020 09:54 (UTC +04:00)

Bakı. Trend:

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən, Zaqatala rayonunda “ВАЗ” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti