...

Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 16 Mart 2020 12:03 (UTC +04:00)
Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayon sakinləri, 22 yaşlı Elnur Teymurlu və Əli Alıyevin sürücülük
hüququ olmadan idarə etdikləri “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillər ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri məlum olub.

Hər iki şəxs barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti