...

Abşeronda evdən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 11 Aprel 2020 18:53 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunda evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl boyunbağı, kombi aparatı, 1 ədəd televizor, 1 ədəd noutbuk və 6 ədəd radiator oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini M.Məmmədov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti