...

Lerikdə məmurun özünü güllələməsi ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 24 Aprel 2020 11:04 (UTC +04:00)
Lerik Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.
Lerikdə məmurun özünü güllələməsi ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Lerik Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, rayon sakini 1977-ci il təvəllüdlü Qalib Quliyev aprelin 23-də saat 12 radələrində özünü ov tüfəngi ilə güllələyib. Onun meyiti evinin yaxınlığında güllələnmiş vəziyyətdə tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti