...

Ağdaş sakinindən marixuana götürülüb

Hadisə Materials 27 Aprel 2020 14:39 (UTC +04:00)
Ağdaş sakinindən marixuana götürülüb

Bakı. Samir Əli - Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş rayon sakini F.Məhərrəmov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 180 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun tanışı olan həmyerlisi T.Mustafayevə məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 37 qramdan artıq marixuana aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti