...

"Real" "PSJ"nin futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

İdman Materials 5 Dekabr 2025 19:01 (UTC +04:00)

Bakı. Trend:

"Real" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa nəhəginin əsas hədəfi PSJ-də çıxış edən Joau Neveşdir.

"Kral klubu" portuqaliyalı futbolçu üçün parislilərlə danışıqlara başlamağa hazırlaşır. "Real" 21 yaşlı yarımmüdafiəçi üçün 150 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, PSJ Joau Neveşi 2024-cü ilin yayında "Benfika"dan 65 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti