Bakı. Trend:
Azərbaycan Kubokunun 1/8 final mərhələsində son 14 mövsümün ən aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb.
Trend xəbər verir ki, 8 oyunda cəmi 19 qol vurulub.
Orta məhsuldarlıq 2,375-ə bərabər olub. 1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub.
Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub.
Orta göstərici 2,00-a bərabər olub. Qeyd edək ki, ötən mövsüm 1/8 finalda 27 qol qeydə alınmışdı.