...

Quldurluğa görə qadın boksçu və tələbəsini polis saxlayıb

Cəmiyyət Materials 5 Dekabr 2025 09:50 (UTC +04:00)
Quldurluğa görə qadın boksçu və tələbəsini polis saxlayıb

Bakı. Trend:

Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə boksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi saxlanılıb.

Trend xəbər verir ki, dekabrın 4-də onlar 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti