...

Lənkəranda avtomobil sexində baş verən partlayışla bağlı cinayət işi başlandı

Hadisə Materials 5 May 2020 11:58 (UTC +04:00)
Lənkəranda ölümlə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.
Lənkəranda avtomobil sexində baş verən partlayışla bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Lənkəranda ölümlə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.

Trend--in məlumatına görə, faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi açılıb.

Xatırladaq ki, mayın 3-də Lənkəran rayonu Şirinsu kəndində yerləşən avtomobil təmiri sexində qaynaqçı işləyən, rayonun Liman şəhər sakinləri Anar Ağakişiyev və Eldəniz Şükürov Azər Cəlalova məxsus "KamAz" markalı yük avtomobilinin təkərində qaynaq apararkən təkər partlayıb.

Hadisə nəticəsində A.Ağakişiyev hadisə yerində dünyasını dəyişib, E.Şükürov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti