...

Bakıda avtobus yanaraq kül oldu (FOTO)

Hadisə Materials 3 İyun 2020 23:56 (UTC +04:00)
Bakıxanov qəsəbəsində yanğın baş verib
Bakıda avtobus yanaraq kül oldu (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı şəhərinin Bakıxanov qəsəbəsində nəqliyyat vasitəsi yanıb.

Trend-in məlumatına görə, yanğın sərnişin avtobusunda baş verib. Hadisə şahidlərinin sözlərinə görə, yanğın avtobusun mühərrik hissəsində başlayıb.

Bir qədər sonra isə anidən partlayış baş verib və alov bütün nəqliyyat vasitəsini bürüyüb.

Hadisə yerinə FHN yanğından mühafizə xidməti cəlb olunub və yanğın söndürülüb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti