...

Bakıda çoxmərtəbəli binada yanğın olub - 20 nəfər təxliyə edilib

Hadisə Materials 9 İyun 2020 14:51 (UTC +04:00)
Bakıda çoxmərtəbəli binada yanğın olub - 20 nəfər təxliyə edilib

Bakı. Trend:

Bakının Nizami rayonunda, çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasında ümumi sahəsi 55 kv.m olan mənzildə ev əşyaları 20 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti