...

Abşeronda "VAZ" qadın piyadanı vurub öldürdü

Hadisə Materials 18 İyul 2020 14:37 (UTC +04:00)
Abşeronda "VAZ" qadın piyadanı vurub öldürdü

Bakı. Trend:

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, iyulun 17-də saat 8 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini F.Qədirov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən paytaxt sakini Sənubər Babayevanı vurub. S.Babayeva hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti