...

İndoneziya sahillərində zəlzələ qeydə alınıb

Hadisə Materials 22 Avqust 2020 08:12 (UTC +04:00)
İndoneziya sahillərində zəlzələ qeydə alınıb

Bakı. Trend:

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib. Hadisə UTC vaxtı ilə 00:39 (04:39 GMT+4) baş verib.

Məlumata əsasən, zəlzələnin episentri Sumatra adasındakı Benkulu şəhərindən 147 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat hazırda verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti