...

Sumqayıtda su anbarında batan şəxsin meyiti tapılıb

Hadisə Materials 5 Sentyabr 2020 14:25 (UTC +04:00)
Sumqayıtda su anbarında batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

02.09.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Y.Davudovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yusif Davudovun itkin düşməsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu uşağın itkin düşdüyü ehtimal olunan əraziyə cəlb olunaraq axtarışlara başlayıb. Y.Davudovun Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından axtarışlar onun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində (Samur-Abşeron kanalı və Ceyranbatan su anbarı) davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti