...

Cəlilabadda ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 17 Sentyabr 2020 20:21 (UTC +04:00)
Cəlilabadda ikimərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Cəlilabad rayonunun Suluçeşmə kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti