...

Biləsuvarda yaşayış yerini tərk edən COVID xəstəsi aşkarlandı

Hadisə Materials 15 Dekabr 2020 15:59 (UTC +04:00)
Biləsuvarda yaşayış yerini tərk edən COVID xəstəsi aşkarlandı

Bakı. Samir Əli - Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Biləsuvar rayon sakini M.Bəşirliyə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o tibbi prosedurlar gözlənilməklə saxlanılaraq yaşadığı ünvana geri qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti