...

Paytaxtda “Toyota” ilə “Каmaz” toqquşdu: 1 ölü

Hadisə Materials 4 Fevral 2021 09:23 (UTC +04:00)
Paytaxtda “Toyota” ilə “Каmaz” toqquşdu: 1 ölü

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən ağır qəza olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda “Toyota” markalı minik avtomobili və “Камaz” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti