...

Binə sakinindən silah və patron götürülüb (FOTO)

Hadisə Materials 4 Fevral 2021 13:18 (UTC +04:00)

Bakı. Trend:

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad İsmayılovun qəsəbə ərazisindəki dəmir yolu stansiyasının platformasının altında gizlətdiyi nömrəsi silinmiş “AK” markalı silah, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, A.İsmayılov barəsində 3-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti