...

Lerikdə qadını öldürən molla qohumu olub - Qətlin üstünü də uşaq açıb

Hadisə Materials 3 May 2021 10:10 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Aprelin 28-də Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində qətlə yetirilməsi ilə bağlı təfərrüatlar məlum olub.

Qətlə yetirilən qadının yaxınlarının Trend-ə verdiyi məlumata görə, Z.Fərziyevanı öz qohumu qətlə yetirib:

"1971-ci il təvəllüdlü Mürad Əsgərov qadının evinə əvvəllər də hücum edərək onunla cinsi əlaqədə olmağa cəhd edibmiş. Lakin onun cəhdi alınmayıb. Z.Fəriyeva 3 uşaq anasıdır, bir oğlu həqiqi hərbi xidmətdədir, bir oğlu Bakıda işləyir. Digər oğlu isə yanında qalırmış. Z.Fərziyevanın həyat yoldaşı isə mövsümi işlə bağlı Rusiyada işləməyə gedib.

Hadisə baş verən gün Murad Əsgərov kənd ərazisində özünə məxsus torpaq sahəsində işləyərkən Z.Fərziyevanın oğlunun meşəyə odun yığmağa getdiyini görüb. Fürsətdən istifadə edən M.Əsgərov qadının evdə tək olduğunu bilib və onun evinə gedib. Evə daxil olan M.Əsgərov cibindəki bıçaqla qadını qorxudaraq onunla cinsi əlaqədə olmasını tələb edib. Qadın qışqıraraq evdən qaçmağa cəhd edərkən M.Əsgərov onu boğazından tutmaq istəyib və bıçaq qadının boğazına batıb. Qadına xəsarət yetirdiyini görən M.Əsgərov işin üstünün açılacağını düşünüb və bu məqsədlə də qadını qətlə yetirərək izi itirmək istəyib. Bu məqsədlə M.Əsgərov yaralı qadına ürək və boğaz nahiyəsindən 7 bıçaq zərbəsi endirərək onu xüsusi amansızlıqla qətlə yetirib hadisə yerindən qaçıb".

Qohumlarının dediyinə görə, M.Əsgərov qətlə yetirdiyi qadının qohumudur: "Zəkifə Muradın qardaşının baldızıdır və Muradın qardaşıgil Şirvan şəhərində yaşayır. Murad özü də Şirvan şəhərində yaşayıb və son 15 ildə Lerik rayonuna köçüb. Kəndə köçəndən Murad kənd qəbirstanlığında yasin oxumaqla pul qazanırmış".

Məlumata görə, qətl hadisəsinin üstünü də azyaşlı uşaq açıb: "Murad əlləri qanlı baldızıgilin həyətyanı sahəsinə gəlib əllərindəki və üstündəki qan izlərini yuyanda baldızının 5 yaşlı oğlu onu görüb. Uşaq axşam saatlarında evdə olarkən valideynlərinə məlumat verib ki, Murad əlləri və üstü qanlı halda onların həyətinə gəlib yuyunub. Bundan sonra hadisənin üstü açılıb və ailə polisə məlumat verib. Polis uşaqla söhbət aparandan sonra Murad Əsgərov şübhəli şəxs qismində saxlanılıb. O polisə hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti