...

Bakıda mənzildən 35 yaşlı kişi meyiti tapılıb

Hadisə Materials 13 İyun 2021 23:54 (UTC +04:00)
Bakıda mənzildən 35 yaşlı kişi meyiti tapılıb

Bakı. Trend:

Bakıda evdən kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Daxil olmuş məlumata əsasında rayon ərazisində mənzillərdən birində bağlı qapı arxasında bir nəfərin qaldığı məlum olub.

FHN əməkdaşları evə daxil olaraq mənzilə baxış keçiriblər. Baxış zamanı 1986-cı il təvəllüdlü Kərim Nicat Xaliq oğlunun meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti