Bakı. Trend:
Bərdə rayonunun Otuzikilər kəndində VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı ferma yanğından mühafizə olunub.
Biləsuvar rayonunda “ZAZ” markalı minik avtomobilinin salonu və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.