...

Kürdə batanlardan birinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 İyul 2021 04:28 (UTC +04:00)
Kürdə batanlardan birinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İyulun 8-də axşam saatlarında Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları davam etdirilir.

XXX

20:51

Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində, Kür çayında 2 nəfər batıb.

Trend xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hal-hazırda axtarışlar aparılır. İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti