...

İraqda xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 54-ə yüksəlib

Hadisə Materials 13 İyul 2021 07:24 (UTC +04:00)
İraqda xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 54-ə yüksəlib

Bakı. Trend:

İraqın cənubunda Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələr üçün nəzərdə tutulan xəstəxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 54-ə yüksəlib. 70 nəfərdən çox insan xilas edilib.

Trend-in məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Daha əvvəl 40 nəfərin öldüyü bildirilirib. İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə matəm elan edib.

XXX

01:28

İraqın cənubunda Di-Kar vilayətində yerləşən Nəsiriyyə şəhərində koronavirusa yoluxanların müalicə aldığı xəstəxanada yanğın baş verib.

Trend-in məlumatına görə, “İmam Hüseyn” adına xəstəxanada oksigen balonu partlayıb. Partlayışdan dərhal sonra yanğın başlayıb.

Yanğın zamanı 40 nəfərin öldüyü bildirilir, 70 nəfər xilas edilib. Hazırda xəstəxanada köməksiz vəziyyətdə qalanlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti