...

Bakıda dənizdə batan oğlanın meyiti tapılıb

Hadisə Materials 13 İyul 2021 13:49 (UTC +04:00)
Bakıda dənizdə batan oğlanın meyiti tapılıb

Bakı. Samir Əli - Trend:

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, R.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti