...

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

Hadisə Materials 27 İyul 2021 14:58 (UTC +04:00)
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

Bakı. Trend:

27 iyul 2021-ci il tarixdə partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Cəbrayıl rayon prokurorluğundan Trend-ə bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti