...

Keçmiş kürəkənini bıçaqlayan şəxs tutulub

Hadisə Materials 28 Sentyabr 2021 09:54 (UTC +04:00)
Keçmiş kürəkənini bıçaqlayan şəxs tutulub

Trend-i buradan izləyin

Bakı. Trend:

Göygöl rayonunda keçmiş kürəkənini bıçaqlayan şəxs tutulub.

Göygöl rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 25-i saat 22 radələrində Göygöl rayonu, Hacıməlik qəsəbəsində 1987-ci il təvəllüdlü Azər Məhərrəmova bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş qayınatası Amil İbrahimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Azər Məhərrəmova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Amil İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti