DİN əməliyyat keçirib, narkotik satan mütəşəkkil dəstə saxlanılıb (FOTO/VİDEO)

DİN əməliyyat keçirib, narkotik satan mütəşəkkil dəstə saxlanılıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışını təşkil edən, həmçinin beynəlxalq narkotrafiki həyata keçirən mütəşəkkil dəstənin ölkə ərazisindəki üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş İdarənin və ona bilavasitə tabe olan Qərb, eləcə də Cənub Bölgəsində Regional Şöbələrinin əməkdaşlarının Qaradağ rayonunda birgə həyata keçirdikləri ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə paylanmasına nəzarət edən əsas şəxslərdən biri Nicat Əhmədov saxlanılıb. Onun üzərindən və anbar kimi istifadə etdiyi evindən ümumilikdə 39 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək, 20 kiloqram psixotrop maddə olan metamfetamin, 2 ədəd elektron tərəzi, 400 ədəd satışı qadağan edilən metadon həbi və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi plastik kartlar aşkar edilib.

Baş İdarə əməkdaşlarının Yasamal və Suraxanı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə beynəlxalq narkoşəbəkənin digər üzvləri Əbil Məmmədov, Müşfiq İsmayılov və tanışı Vüqar Quliyev saxlanılıblar. Əbil Məmmədovun üzərindən 645 qram heroin, 125 qram metamfetamin, yaşadığı mənzildən isə 1 kiloqram 385 qram heroin, 1 kiloqram 425 qram tiryək, 7 kiloqram marixuana, 1 kiloqram 430 qram metamfetamin və 1 ədəd narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə etdiyi elektron tərəzi aşkar edilib. Müşfiq İsmayılov və Vüqar Quliyevin üzərindən, eləcə də Əmircan qəsəbəsindəki yaşadıqları evdən isə 4 kiloqram 83 qram heroin və 1 kiloqram 62 qram metamfetamin aşkar olunub.

Qeyd edək ki, Nicat Əhmədov, Əbil Məmmədov, Müşfiq İsmayılov və Vüqar Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Asiyadan Avropaya qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərməyə çalışan xaricdəki narkotacirlər üçün ölkə ərazisində narkokuryerlik etdikləri müəyyən edilib. Bu şəxslərin beynəlxalq narkotrafiki həyata keçirən mütəşəkkil dəstənin ölkə ərazisindəki fəal üzvləri olduqları sübuta yetirilib.

Baş İdarə əməkdaşlarının paytaxtın digər rayonlarında narkotik vasitələrın satışını həyata keçirən şəxslərə qarşı keçirdikləri növbəti əməliyyatlar zamanı isə bu qanunsuz fəaliyyətlə məşğul olan Ötkəm Piriyev, Rəfael Xəlilov, Elşən Babayev, Ayaz Həsənov, Şahbaz Babayev, Sadiq Məmmədov və Nicat Abdullayev saxlanılıblar. Ötkəm Piriyevdən 510 qram heroin və metamfetamin, Rəfael Xəlilovun üzərindən və avtomobilindən 3 kiloqram 600 qram tiryək, plastik kart, Ayaz Həsənovdan 257 qram heroin, metamfetamin və elektron tərəzi, Şahbaz və Elşən Babayevlərdən 1 kiloqram 377 qram heroin, metamfetamin, 300 ədəd metadon həbləri və 2 ədəd elektron tərəzi, Sadiq Məmmədov və Nicat Abdullayevdən isə 144 qram heroin və metamfetamin aşkar edilib.

Abşeron rayonunda həyata keçirilən əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə gənclər arasında guya narkotik vasitələrin xeyirli olduğu barədə təbliğat aparan Müşfiq İsayev, Ceyhunə Quliyeva, Araz Ağayev tanışı Şəlalə Abbasova və Əziz Rəcəbov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram 650 qram müxtəlif tərkibli narkotik vasitələr, 70 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də narkotik vasitələrin satışından əldə edilən pul vəsaitləri və bank kartları aşkar edilib.

Baş İdarənin Sabirabad, Cənub və Qərb Bölgəsində Regional Şöbələrinin əməkdaşlarının isə Ağdaş, Lənkəran, Astara və Qazax rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Vaqif Qəhrəmanov, Aqil Səfərov, Mirhüseyn Ocaqov, Vüsal Abdıyev və Amin Əhmədzadə saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, elektron tərəzilər və 20 ədəd metadon həbi aşkar edilib.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan 21 nəfərin cinayətləri ətraflarında həyata keçirilən əməliyyat tədbirləri ilə toplanan təkzibedilməz faktlarla tam sübuta yetirilib.

Göstərilən əməliyyatlar zamanı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu tədbirlər nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 68 kiloqram vasitə və psixotrop maddə, o cümlədən 790 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Vətəndaşlara, xüsusən sosial şəbəkə istifadəçilərinə, ictimai fəal şəxslərə bir daha müraciət edərək bildiririk ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində və antinarkotik təbliğat sahəsində vətəndaşı olduğu ölkənin gələcəyi naminə öz töhfələrini əsirgəməsinlər. Milli genefondumuzun məhvinə çalışan xaricdən ölkəmizə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirlərin qarşısını yalnız bu sahədə mövcud olan polis-vətəndaş həmrəyliyinin daha da gücləndirilməsi ala bilər".

Bitkoin koronavirusun yeni "omikron" ştammı səbəbindən çökdü
Bitkoin koronavirusun yeni "omikron" ştammı səbəbindən çökdü
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
Loading Bars
Xəbər lenti
Soçi görüşü – Azərbaycanın növbəti diplomatik uğuru
Prezident İlham Əliyev: Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa yardımı etmişdir
Prezident İlham Əliyev: 2022-ci ildə azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin salınması üçün ən azı 1,3 milyard ABŞ dolları ayrılacaq
Prezident İlham Əliyev: Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur
Prezident İlham Əliyev: Son 18 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox artmışdır
Prezident İlham Əliyev: Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir
Prezident İlham Əliyev: Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər
Dünya Yaş Qrupları Yarışlarında kişilər arasında tamblinq üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyev: Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır
Dünyada COVID-19-a yoluxanların sayı 261 milyonu ötüb
Sabahın hava proqnozu açıqlanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final gününə start verilib (FOTO)
Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak edir (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO)
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Səttar Möhbalıyev
MDU "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" adlı beynəlxalq konfransa tərəfdaşlıq edib (FOTO)
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Britaniyalı həkimlər "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar
Azərbaycan və İran XİN rəhbərləri arasında görüş baş tutub
Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq
Bitkoin koronavirusun yeni "omikron" ştammı səbəbindən çökdü
Boris Consons bildirib ki, "omikron" ştammına vaksin olunmuşlar da yoluxa bilər
Qırğızıstanda parlament seçkiləri başlayıb
ABŞ-da atışma nəticəsində ölən və yaralılar var
Britaniyada “Arven” qasırğası üç nəfərin həyatına son qoyub
İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
Səudiyyə Ərəbistanı azı bir doza peyvənd qəbul edənlərin ölkəyə girişinə icazə verəcək
Portuqaliyada klub COVID-19 səbəbiylə matça 9 futbolçu ilə çıxıb darmadağın olundu
"Barselona" Xavinin rəhbərliyi altında üç oyunda ikinci qələbəsini qazanıb
Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var
Hindsitanda seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Bakıda qadınlar arasında qoşa mini-batutda tullanma üzrə Dünya Yaş Qrupları yarışlarının qalibləri müəyyənləşib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
Bakıda keçirilən Dünya Yaş Qrupları Yarışlarında batutda sinxron tullanma üzrə finalçılar məlum olub
Qazaxıstanlı idmançı Bakıda akrobatik tullanma üzrə Dünya Yaş Qrupu Yarışlarının qızıl medalını qazanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışlarının üçüncü gününün ən gözəl anları (FOTO)
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında fərdi batutla tullanmada qızıl medal qazanıb
Pauerlifterimiz Dünya çempionatının qızıl medalını qazanıb
Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşmışam - Danimarkalı idmançı
Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur
Şəhid Kərimov Mustafa Mais oğlunun ad günü münasibətilə anım mərasim keçirilib (FOTO)
Soçi görüşünün vacib məqamlarından biri də regionda yolların açılması ilə bağlı qərarlar oldu - TƏHLİL
Azərbaycanın sədrliyi ilə MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası keçirilib (FOTO)
Azercell sosial şəbəkələrdə yarışma elan edir
“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qranta layiq görülüb (FOTO)
Ombudsmanın nümayəndəsi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi üzrə seminarda iştirak edib
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru
Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir - Korotçenko
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 617 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb
Prezident İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında telefon söhbəti olub
Rəşad Nəbiyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə görüşüb
Paytaxtda bir neçə tanınmış şadlıq sarayında qanun pozuntuları aşkarlanıb (FOTO/VİDEO)
Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub (FOTO/VİDEO)
Azərbaycan davamlı sülh istiqamətində atdığı addımların qarşılığını Ermənistandan gözləyir - Ceyhun Bayramov
Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu!
İƏT üzv dövlətləri Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılmasına dair qərar qəbul etdi (FOTO)
Azərbaycan gimnastı qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə finala çıxıb
Vətəndaşları aldadaraq onların 90 min manatını mənimsəyən qadın saxlanılıb (FOTO)
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO)
Füzuli rayonunun Qoçəhmədli kəndi (VİDEO)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb
Bakının bu yollarında hərəkət məhdudlaşdırılıb
Milli Gimnastika Arenasında özümüzü çox rahat hiss edirik – İsrail gimnastları
Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - Vüqar Rəhimzadə
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir (FOTO)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)
Bazar günü hava necə olacaq?
Prezident İlham Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Rusiyada silah zavodunda partlayış olub - Xəsarət alanlar var
Şəmkirdə bazar yandı (VİDEO)
Bütün xəbərlər