...

Gömrükçülər avtomobildə gizlədilən 22 mobil telefon aşkarlayıb

Hadisə Materials 12 Noyabr 2021 17:11 (UTC +04:00)
Gömrükçülər avtomobildə gizlədilən 22 mobil telefon aşkarlayıb

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxs tərəfindən Amerika Birləşmiş Ştatlarından gətirilən xeyli miqdarda mobil telefonların gömrük nəzarətindən gizli keçiriləcəyi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, həmin məlumat əsasında Azərbaycan Respublikası vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı “Mercedes E240” markalı avtomobili nəzarətə götürülüb.

Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd “iPhone 13 PRO” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti