...

Moskva yaxınlığında yol qəzası nəticəsində 9 yaşlı uşaq ölüb, yaralılar var

Hadisə Materials 21 Noyabr 2021 21:48 (UTC +04:00)
Moskva yaxınlığında yol qəzası nəticəsində 9 yaşlı uşaq ölüb, yaralılar var

Bakı. Trend:

Moskva vilayətində magistral yolda yük maşını və minik avtomobili toqquşub. Nəticədə 9 yaşlı uşaq ölüb, üç nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qəza A107 magistralının 21-ci kilometrliyində baş verib. Həlak olanların hamısının minik avtomobilində olduğu bildirilir.

Hadisə yerində polislər işləyir, qəzanın baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti