...

Füzuli sakinləri 5 kiloqramdan artıq heroinlə yaxalandı

Hadisə Materials 15 Fevral 2022 09:34 (UTC +04:00)
Füzuli sakinləri 5 kiloqramdan artıq heroinlə yaxalandı

Bakı. Samir Əli - Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Füzuli rayon sakinləri Seymur Vahidov və əvvəllər məhkum edilmiş Nicat Hüseynov saxlanılıblar.

Araşdırma zamanı onlara məxsus 5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Vahidov və N.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti