...

Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib

Hadisə Materials 14 Aprel 2022 04:20 (UTC +04:00)
Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib

Bakı. Trend:

Qara dəniz donanmasının “Moskva” kreyseri yanğından sonra baş verən sursatın partlaması nəticəsində ciddi zədələnib. Kreyserin ekipajı təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

"“Moskva” raket kreyserində yanğın nəticəsində döyüş sursatı partlayıb. Gəmiyə ciddi ziyan dəyib. Ekipaj tamamilə təxliyə edilib", - deyə nazirlik qeyd edib.

Nazirlik yanğının səbəbinin araşdırıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti