...

Bakıda naməlum şəxslər imsaka hazırlaşan şəxslərin pul və telefonunu götürüb qaçdılar - VİDEO

Hadisə Materials 20 Aprel 2022 16:55 (UTC +04:00)
Bakıda naməlum şəxslər imsaka hazırlaşan şəxslərin pul və telefonunu götürüb qaçdılar - VİDEO
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerli hotellərin birinin restoranında oğurluq hadisəsi baş verib.

Bu barədə Trend-ə daxil olan məlumata görə, hadisə ötən gün 03:20 radələrində qeydə alınıb. Belə ki, restoranın işçiləri imsak üçün yemək hazırlıqları görən zaman onların gödəkçələrindən oğurluq olub.

Naməlum şəxslər restorana müştəri kimi daxil olaraq oradan telefon, pul və bank kartını oğurlayıblar.

Hadisənin görüntüləri müşahidə kamerası ilə lentə alınıb.

Oğrular "Chevrolet Cruze" markalı, dövlət nömrə nişanı 10 EY 442 olan avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti