...

Qaxda 1,6 ton çətənə kolu yandırılıb (FOTO)

Hadisə Materials 11 İyun 2022 12:19 (UTC +04:00)

Bakı. Trend:

Qax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun İngiloy Kötüklü kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 1818 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti